28 iyul tarixində MARSOL GROUP ilə "Industrial Support and Training Services” Əlavə Təhsil Mərkəzi (IST) MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.
AZXEBER.COM xəbər veirr ki, memorandumu MARSOL GROUP-un direktoru Bilal Qasımlı və IST Əlavə Təhsil Mərkəzi MMC-nin baş direktoru İbrahim Zeynallı imzalayıblar.
Memorandumun məqsədi MARSOL partnyorları arasında sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) sahəsində məlumatlılığın artırılması, hüquqi və əməliyyat risklərinin erkən müəyyən edilməsi, təkmilləşdirmə istiqamətlərinin təqdim olunması və təhlükəsizlik mədəniyyətinin təşviqinə dəstək göstərməkdir. Əməkdaşlıq çərçivəsində maarifləndirici və məsləhət xarakterli fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

















































