xari

Martın 9-nun hava proqnozu

SOSİAL
12:53 08.03.2021
484
Martın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz təşkil edəcək.

Martın 9-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-4 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

OXŞAR XƏBƏRLƏR