“Martin ölkəmiz əleyhinə 50-yə yaxın tapşırıq icra edib” - Azad da danışdı

“Martin ölkəmiz əleyhinə 50-yə yaxın tapşırıq icra edib” - Azad da danışdı
KRİMİNAL
09:05 15.04.2025
1591
Fransaya casusluq etdiyinə görə ittiham edilən Martin Ryan və Azad Məmmədli barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başladılan cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.

AZXEBER.COM xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan əvvəlcə öz vəkilinin, daha sonra isə digər təqsirləndirilən Azad Məmmədlinin vəkilinin suallarını cavablandırıb.

Martin Ryan Fransa səfirliyinin əməkdaşları ilə əlaqələri haqda açıqlama verərək vurğulayıb ki, o, əvvəlcə onların Fransa xüsusi xidmət orqanı əməkdaşları olduqlarını anlamayıb.

"Mən Fransa səfirliyinin əməkdaşları ilə əlaqə yaradarkən, əvvəlcə onların hansı məqsədlər güddüklərini bilməmişəm. Adi bir iş adamı olduğum üçün onları ölkəmin səfirliyinin əməkdaşları kimi tanıyırdım. Xaricdə olan bir fransız kimi onlarla daim əlaqədə olmuşam. Amma sonda bilmişəm ki, mənim hər bir hərəkətim nəzarətdədir".

Martin Ryan məhkəmədə ifadəsi zamanı daha sonra bildirib ki, Fransa xüsusi xidmət orqanı əməkdaşlarının diplomatik korpusun üzvü qismində ona tapşırıqlar verməsindən sonra o, məsələnin nə yerdə olduğunu anlayıb.

"Əsasən Azərbaycanda 44 günlük müharibə zamanı səfirlik əməkdaşları mənimlə mütəmadi görüşərək, müəyyən məsələlər barədə müzakirələr aparırdılar. Mən bu görüşlərin təhlükəli olub-olmadığı barədə onlardan soruşanda mənə bu barədə təminat verərək təhlükəsizliyimin qorunduğunu bildirirdilər.

Mən Frederik Devosla ilk dəfə 2020-ci ilin mayında görüşmüşəm. Azad Məmmədli ilə isə ilk dəfə 2019-cu ildə tanış olmuşam. Bizim bir ümumi tanışımız var idi, onun vasitəsilə tanış olmuşduq. Onun səfirlik əməkdaşları ilə şəxsi əlaqələri olsa da, bu barədə mənim konkret məlumatım olmayıb. Mən onu Rusiya ilə əlaqəsi olan bir şəxs kimi tanıyırdım".

Bundan sonra prosesdə Fransaya casusluqla dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədliyə sərbəst ifadə üçün söz verilib.

Azad Məmmədli ifadəsi zamanı ittiham olunduğu 9 epizod üzrə hazırkı durumuna görə Martin Ryanı ittiham edib.

"Mənim tərəfdən Azərbaycan əleyhinə heç bir məlumat toplanılmayıb. Düzdür, fransızlar mənə casusluq təklif ediblər, rədd etmişəm. Martinlə telefon danışığımız var. Həmin danışıq da istintaq orqanındadır. Oradan görünür ki, mənə əməkdaşlıq təklif ediblər, razı olmamışam.

Mənə verilən ittihamlardan biri odur ki, Azərbaycanın İran və Ermənistan, həmçinin İsrail dövləti ilə münasibətləri haqda məlumat ötürmüşəm. Bu belə deyil. Sadəcə dövlətlərarası münasibətlər barədə subyektiv fikirlərimi demişəm. Fransa səfirliyi ilə 2023-cü ilə kimi əlaqəm olub. Həmin tarixdən sonra əlaqəni kəsmişəm.

Bundan əlavə, mən Zəngəzur dəhlizi barədə və Rusiyada yaşayan iş adamları haqqında fransız casuslara məlumat verməkdə təqsirləndirilirəm. Bununla da razı deyiləm. Ən əsas məqama gəlincə… İddia olunur ki, mən Fransa vətəndaşlığı almaq üçün dövlət əleyhinə cinayət törətmişəm. Mən bir dəfə də olsun Fransa vətəndaşlığı üçün səfirliyə müraciət etməmişəm".

"Martin istintaq orqanında mənim əleyhimə danışıb. Bütün dediklərimi təhrif edib. Mən Martini dost bilmişəm, casus imiş. İndi aydın olur ki, Martin və Fransa səfirliyi Azərbaycan vətəndaşlarına qarşı məkrli plan qurublar. Mənim haqqımda da bütün məlumatları Fransa xüsusi xidmət orqanlarına ötürüb. Martin dost adı ilə azərbaycanlıları tora salırdı. İndi deyir ki, mən Azadı ancaq Frederik Devosla tanış etmişəm. Yalan deyir. Məni səfirlik əməkdaşı Loranla da o tanış edib. Onu da deyə bilərəm ki, Martin dostluq adı ilə 9 azərbaycanlını aldadıb. Özü isə ölkəmiz əleyhinə 50-yə yaxın tapşırıq icra edib. Hansı ki, onlardan çoxu müharibə dövründə olub".

Təqsirləndirilən şəxs sonda peşmanlığını dilə gətirib. Deyib ki, ən böyük səhvi fransızların təklifləri barədə vaxtında DTX-yə müraciət etməməyi olub.

Tərəflərin sərbəst ifadələri arasında ziddiyyətlər yarandığından məhkəmə onların ibtidai istintaqdakı ifadələrinin elan olunması və təqsirləndirilənlərin proses zamanı çarpaz dindirilməsini zəruri sayıb. Buna görə də, mayın 19-da keçirilməsi nəzərdə tutulan növbəti prosesdə həmin prosedurlar həyata keçiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunublar. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) üzrə ittiham irəli sürülüb.

İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə göndərildi
12:13 23.06.2026
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə göndərildi
Azərbaycanda yeni rüsum müəyyənləşir - 2750 manat
12:12 23.06.2026
Azərbaycanda yeni rüsum müəyyənləşir - 2750 manat
Aeroport yolunda azyaşlı məktəblinin təhlükəli anları - Sürücünü hansı cəza gözləyir?
11:48 23.06.2026
Aeroport yolunda azyaşlı məktəblinin təhlükəli anları - Sürücünü hansı cəza gözləyir?
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTOLAR
11:45 23.06.2026
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTOLAR
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
11:32 23.06.2026
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
Qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir
11:30 23.06.2026
Qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir
Azərbaycan və Türkmənistan prezidentləri Daşaltı kəndinin fonunda şəkil çəkdirdilər - FOTOLAR
11:26 23.06.2026
Azərbaycan və Türkmənistan prezidentləri Daşaltı kəndinin fonunda şəkil çəkdirdilər - FOTOLAR
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
11:23 23.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
11:10 23.06.2026
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
SABAH qruplarına müəllim qəbulu elan edildi
11:06 23.06.2026
SABAH qruplarına müəllim qəbulu elan edildi
Bakı zooparkı ləğv olunur
11:03 23.06.2026
Bakı zooparkı ləğv olunur
"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə
11:02 23.06.2026
"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə
Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
11:00 23.06.2026
Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
Tərtərdə kultivasiya ilə yetişdirilən 251 ədəd çətənə kolu aşkarlandı
10:39 23.06.2026
Tərtərdə kultivasiya ilə yetişdirilən 251 ədəd çətənə kolu aşkarlandı
MRİO-da idman yarışlarının ikinci gün həyəcanı - FOTOLAR
10:39 23.06.2026
MRİO-da idman yarışlarının ikinci gün həyəcanı - FOTOLAR
Regional əməkdaşlığın yeni üfüqləri: Bakı - Aşqabad xətti
10:31 23.06.2026
Regional əməkdaşlığın yeni üfüqləri: Bakı - Aşqabad xətti