Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi SABAH qrupları layihəsinin bakalavriat səviyyəsi üzrə 2026/2027-ci tədris ili üçün professor-müəllim heyətinin seçiminə start verib.
AZXEBER.COM xəbər verir ki, layihə çərçivəsində müvafiq ixtisaslar üzrə fənlərin tədrisi məqsədilə professor-müəllim heyəti saathesabı qaydada işə dəvət olunur.
Müsabiqədə iştirak etmək istəyən namizədlər üçün son müraciət tarixi 7 iyul 2026-cı il, saat 23:59-dək müəyyən edilib.
Müsabiqə ilə bağlı ətraflı məlumatı SABAH qruplarının rəsmi internet səhifəsində yerləşdirilən xəbərlər bölməsindən əldə etmək mümkündür.











































