Masallı Mamedin dəfnində izdiham

Masallı Mamedin dəfnində izdiham
Bütün Xəbərlər
14:52 21.03.2011
2453

 Səhər tezdən mərhumun Masallının mərkəzində yerləşən ata evinə minlərlə adam toplaşıb. Mərhumun meyiti ata evindən çıxarılandan sonra qərənfil yağışı altında şəhərin Təpə adlanan qəbiristanlığına aparılıb Bu vaxt şəhərin mərkəzi küçələrində avtomobillərin hərəkəti dayandırılıb. Minlərlə insan qəbiristanlığa axışmağa başlayıb. 

“Masallı Mamed”in dəfninə təkcə Masallı və qonşu rayonlardan yox, Azərbaycanın hər tərəfindən insanlar gəlib. Dəfn saatlarında xəbər yayılıb ki, MDB ölkələrindən də bir çoxunun Masallıya gəlişi gözlənilir.

Xatırladaq ki, uzun müddət Moskvada yaşayan Məmməd Hüseynov digər azərbaycanlı “qanuni oğru” “Sabirabadlı Hikmət”in qətlə yetirilməsindən sonra onun varisi sayılırdı.

 

OXŞAR XƏBƏRLƏR