Masallı sakini həmkəndlisini bıçaqladı

Masallı sakini həmkəndlisini bıçaqladı
Bütün Xəbərlər
14:51 13.05.2013
1107
Masallı rayonunda qətl törədilib.Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, mayın 11-də Masallı rayonunun Şıxlar kəndində kənd sakinləri İsmayıl Hüseynov və Anar Əmənov münaqişə zəminində həmkəndliləri Məhəmməd Əmənova bıçaqla xəsarət yetiriblər. Xəstəxanaya yerləşdirilən M.Əmənov orada ölüb.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Hüseynov və A.Əmənov tutulub.

OXŞAR XƏBƏRLƏR