AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Şıxlar kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m (hər mərtəbəsi 125 kv.m) olan ikimərtəbəli 6 otaqlı evdə baş verib. yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.