Masallı rayonunda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 13.30 radələrində Ələt-Astara magistralının rayonun Binə-Xocavar kəndindən keçən hissəsində qeydə alınıb. “VAZ-21099” və “Lexus” markalı minik avtomobillərinin toqquşması nəticəsində həmin avtomobillərdə olan sərnişinlərdən 3 nəfəri hadisə yerindəcə dünyasını dəyişib. Daha 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanıb. Hadisənin başvermə səbəbləri, ölən və yaralıların şəxsiyyəti öyrənilir.