Masallıda gənclərə sahibkarlıq mövzusunda təlim keçirilib

Masallıda gənclərə sahibkarlıq mövzusunda təlim keçirilib
Bütün Xəbərlər
11:24 18.11.2015
985
“Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyi ilə 7-ci qrant müsabiqəsi çərçivəsində “İnnovativ gənc fermerlər” adlı layihə reallaşdırır.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində üçüncü təlim proqramı tələbə və gənclərin, o cümlədən gənc sahibkarların iştirakı ilə Masallı rayon Gənclər Mərkəzində keçirilib. Təcrübəli təlimçi Mobil Pəncəliyev gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, biznes etikası və mədəniyyəti, kənd və fermer təsərrüfatı ilə bağlı biznes plan, biznesin təsviri və təşkil edilməsi mövzusunda təqdimatla çıxış edib.
Layihə çərçivəsində növbəti təlim proqramları noyabrın 21-də Lerikdə, 28-də isə Yardımlıda keçiriləcək.
Layihə çərçivəsində Lənkəran, Masallı, Astara, Lerik və Yardımlı rayonlarında yerləşən bir neçə ali və orta təhsil müəssisələrində regionlarda ekoloji cəhətdən təmiz, ətraf mühitin qayğısına qalan kənd təsərrüfatı sahibkarlığının-fermerliyin inkişafı məqsədi ilə gənclərin sahibkarlığa yönləndirilməsi üçün bölgələrdə gənc sahibkarlar və ya sahibkar olmaq istəyən gənclərə təlim və seminarlar keçirilir. Əsas məqsəd gəncləri kənd təsərrüfatı sahibkarlığına cəlb etməklə iqtisadiyyatımızın inkişafına dəstək olmaq, həmçinin gənc sahibkarlığa iddialı şəxslərə innovativ düşünməni aşılamaq və “yaşıl” düşünməni təbliğ etməklə, istehsal zamanı ətraf mühitin qorunmasına yardımçı olmaqdır.
OXŞAR XƏBƏRLƏR