Masallıda “Nadir Ağayev - 90: Elm və idmanın zirvəsi” adlı elmi-praktik konfrans keçirilib

Masallıda “Nadir Ağayev - 90: Elm və idmanın zirvəsi” adlı elmi-praktik konfrans keçirilib
SOSİAL
20:09 28.10.2025
153
Masallıda məşhur pəhləvan, yunan-Roma güləşi üzrə SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, coğrafiya müəllimi Nadir Yaqub oğlu Ağayevin 90 illik yubileyinə həsr olunmuş "Nadir Ağayev - 90: Elm və idmanın zirvəsi” adlı elmi-praktik konfransı keçirilib.

Ərkivan Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbir Masallı "ASAN Həyat” kompleksinin "Cinema Time” kino zalında gerçəkləşib. Konfransda tanınmış ziyalılar, idman mütəxəssisləri, media nümayəndələri, elm və təhsil işçiləri iştirak ediblər.

Konfrans Ümummilli Lider Heydər Əliyev, Pəhləvan Nadir Ağayev və şəhidlərimizin anımı ilə başlayıb. 

Tədbiri açan Ərkivan Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov bildirib ki, çoxları tərəfindən yalnız pəhləvan kimi tanınan Nadir Ağayev həm də pedaqoji fəaliyyəti və elmi tədqiqatları ilə yüksək nüfuz qazanmış ziyalı olub.

Rusiya Federasiyasının Əməkdar məşqçisi, Şimal-Qərb Federal Dairəsi üzrə Güləş Federasiyasının prezidenti, Azərbaycanın Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, Nadir Ağayev turnirlərinin sponsoru Məşkur Qasımov çıxışında məşqçisi olmuş Nadir müəllimin Azərbaycan idmanının inkişafındakı əvəzsiz rolundan danışıb. 

Beynəlxalq Dərəcəli idman ustası Əli Əliyev isə ustadının yalnız qəhrəman idmançı yetişdirmədiyini, eyni zamanda xarakteri möhkəm, milli ruhlu gənclər formalaşdırdığını söyləyib.

Konfransda Beynəlxalq Dərəcəli Hakim, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Qərib Əliyev də çıxış edərək, onun idmançı və məşqçi kimi fəaliyyətindən danışaraq, güləş öyrətməklə yanaşı, həyat dərsi də verdiyini bildirib. 

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının cənub bölgəsi üzrə nümayəndəsi, Azərbaycan Jurnalistləri Birliyinin Masallı rayon təşkilatının sədri Akif Ağayev ustadın həm güləşin, həm də tarix-coğrafiya elminin təbliğində apardığı dəyərli işləri diqqətə çatdırıb.

Tədbir çərçivəsində ustad pəhləvanın həyat və fəaliyyətindən bəhs edən "Pəhləvanın salnaməsi” sənədli filmi nümayiş etdirilib.
Filmin ssenari müəllifi Akif Ağayev, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru isə Faiq Mirzədir. 

Film Nadir Ağayevin zəngin ömür yolunu ekran vasitəsilə geniş auditoriyaya çatdırıb və böyük maraqla qarşılanıb.

Tanınmış rejissor və aktyor Elçin Məmiyev çıxışında filmin hazırlanmasının mənəvi məsuliyyətindən danışaraq vurğulayıb ki, bu ekran əsərində bir pəhləvanın deyil, bütöv bir nəslin formalaşmasında rolu olan maarifçinin ruhu yaşadılıb.

Konfransın sonunda Nadir Ağayevin irsinin təbliğinə verdikləri töhfələrə görə bir sıra şəxslər Ərkivan Xeyriyyə Cəmiyyəti tərəfindən təltif olunublar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanıldı
19:11 27.10.2026
Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanıldı
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
18:51 27.10.2026
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
18:34 27.10.2026
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
18:23 27.10.2026
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
18:23 27.10.2026
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
18:10 27.10.2026
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
17:51 27.10.2026
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
17:48 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
17:44 27.10.2026
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
17:41 27.10.2026
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
17:40 27.10.2026
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
17:39 27.10.2026
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
17:34 27.10.2026
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
17:25 27.10.2026
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi