DİN məlumat yaydı.
Aprelin 3-də Masallı rayonunun Təklə kəndində kənd sakini, əvvəllər məhkum olunmuş İlqar Məmmədov həmkəndlisi Çingiz İbrahimovu hədələyərək “Opel” markalı avtomobilini alıb.
Bu barədə AZXEBER.COM-a DİN-nin mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, Masallı polisinin həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədov tutulub.
Ondan 5,7 qram tiryək götürülüb. Aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 5-də rayon sakini Rauf Hüseynovu da hədələyərək “VAZ-2107” markalı avtomobilini almağa cəhd göstərməsi də müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb.