Masallıda uşaq bağçası istifadəyə verildi - FOTOLAR

Masallıda uşaq bağçası istifadəyə verildi - FOTOLAR
Bütün Xəbərlər
10:37 09.11.2012
8422
Dövlət Bayrağı Günü ərəfəsində Masallı şəhər 3 saylı uşaq bağçası-körpələr evi əsaslı təmirdən sonra istifadəyə verilib.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov dövlətin uşaqlara qayğısından danışıb. Son illər respublikada məktəbəqədər tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqətin xeyli artırıldığını bildirən icra başçısı bağçanın kollektivini əlamətdar hadisə münasibətilə təbrik edib. Mərasimdə bağçanın müdiri Mehparə Məmmədova, valideynlər adından Nigar Xəlilova çıxış edərək, yaradılan şəraitə görə minnətdarlığını çatdırıblar. Balaca fidanlarin ifasında Vətəni tərənnüm edən şerlər səslənib.Daha sonra açılışı bildirən rəmzi qırmızı lent kəsilib və uşaq bağçası ilə tanışlıq olub.Qeyd edək ki, Masallı şəhər 3 saylı uşaq bağçası-körpələr evi iki mərtəbəli olmaqla, 120 uşaq üçün nəzərdə tutulub. Burada 6 sinif, metodika və tibb otaqları, həmçinin yeməkxana, camaşırxana, tikiş otağı və tədbir zalı uşaqların ixtiyarına verilib.
//APA
OXŞAR XƏBƏRLƏR