Masazırda torpaq sürüşməsi baş verdi: Sakinlər köçürülür

Masazırda torpaq sürüşməsi baş verdi: Sakinlər köçürülür
Bütün Xəbərlər
12:30 27.03.2012
1766
Abşeron rauonunun Masazır qəsəbəsində Qır gölü adlanan ərazidə torpaq qatında baş verən çökmə sahəsində aktivlik artıb. ANS TV-nin məlumatına görə, nəticədə ərazidə yaşayan Şuşa rayonundan məcburi köçkün düşən ailələrin evləri üçün təhlükə yaranıb.Sakinlərin sözlərinə görə, torpaq qatının yerdəyişməsi ilk olaraq 4-5 ay bundan əvvəl başlayıb. Həmin vaxt onlar bu təbiət hadisəsinə fikir verməyiblər. Amma çökmənin getdikcə artdığını görən ev sahibləri əl-ayağa düşüblər. Aidiyyatı qurumlar baş verən hadisədən xəbərdar edilib. Bundan sonra Masazır bələdiyyəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, o cümlədən Fövqəladə Hallar Nazirliyinin Sumqayıt regional şöbəsinin əməkdaşları ərazidə olublar.İlkin olaraq çökməyə səbəb olan sudan nümunələr götürülüb. Aparılan araşdırmalardan sonra axan suyun haradan qaynaqlandığı məlum olmasa da, ərazidə torpaq çökmə prosesinin getməsi barədə rəy verilib. Artıq təbii proses gedən sahə genişlənir və hər hansı ciddi tədbir görülməsə, çökmənin yuxarı hissəsində yerləşən evlər üçün böyük təhlükə yarana bilər.Hələlik qəsəbə bələdiyyəsinin əməkdaşları torpağın çökməsinin qarşısını almaq üçün kiçik bənd qurublar. Amma bir neçə gün öncə yenidən baş verən çökmə həmin bəndi də dağıdıb. Təhlükənin böyüdüyünü görən sakinlər artıq evlərini tərk ediblər.“Hazırda qohumlarımızda qalırıq. Deyirlər ki, eviniz təhlükəlidir, yaşamaq olmaz. Gələnlər deyirlər ki yaşamayın”, - deyə qəsəbə sakini Təranə Tağıyeva şikayətlənib.Çökən torpaq qatından aşağıda yaşayan sakinlər üçün də təhlükə yaranıb. Belə ki, su qarışıq torpaq qatı onların evlərinə doğru axır ki, bu da mənzillər üçün uçma təhlükəsi yaradır.Masazır kənd bələdiyyəsinin sədr müavini Söhbət Məmmədov ANS-ə açıqlamasında vəziyyətdən narahatlığını bildirib. Bələdiyyə hesabına qurulan bəndin uçmasından təəssüfləndiyini deyən Söhbət Məmmədov qabaqlayıcı tədbirlərə baxmayaraq, təbiət hadisəsi qarşısında aciz olduqlarını bildirib. Həm də ona görə ki, torpağın altından su sızır və bu da hər şeyi yuyub aparır. Lakin həmin suyun mənbəyini tapmaq uçun əlavə tədbirlər həyata keçiriləcək.“Texnika vasitəsilə yolu 2-3 metr qazacacağıq. Əgər su oradan axarsa kanalizasiya onu çəkib axıdacağıq. Hesab edirəm ki, ondan sonra çökmə də dayanacaq”, - deyə Söhbət Məmmədov bildirib.
OXŞAR XƏBƏRLƏR