Maşın ağaca çırpıldı - 24 yaşlı kişi öldü

Maşın ağaca çırpıldı - 24 yaşlı kişi öldü
HADİSƏ
20:26 25.02.2026
292
Qəbələ rayonunda avtomobil ağaca çırpılıb.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə bu gün saat 18:00 radələrində rayonun Məmmədağalı kəndi ərazisində baş verib.

Belə ki, "Ford" markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 24 yaşlı Nuran Muradasılov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ərazi üzrə polis orqanında faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR