Abşeron rayonunda ölümlə nəticələnən daha bir yol qəzası baş verib.
AZXEBER.COM -un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə mayın 5-də saat 21 radələrində Abşeron rayonu Saray qəsəbəsinin ərazisində qeydə alınıb. Babək rayon sakini Elnur Bayramov idarə etdiyi “Pajero” markalı avtomobili yolun kənarındakı ağaca vurub. E.Bayramovun sərnişinləri - Sumqayıt şəhər sakinləri Elxan Verdiyev, Kazım Kazımov və Samir Qubadov xəstəxanaya yerləşdirilib. K.Kazımov və E.Verdiyev xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.