Maşın aşdı, 3 yaşlı uşaq dünyasını dəyişdi

KRİMİNAL
20:32 18.11.2019
25503

Qubada yol qəzası faciə ilə nəticələnib.

AZXEBER.COM oxu.az istinadən xəbər verir ki, hadisə Quba rayonunun İspik kəndində meşəlik ərazidə baş verib.

İdarəetməni itirən VAZ2106 markalı avtomobil yoldan çıxaraq aşıb. Maşında olan azyaşlı 2016-cı il təvəllüdlü Poladov Polad Şaban oğlu ağır xəsarət alıb.

Azyaşlını Quba Mərkəzi rayon Xəstəxanasına çatdırmaq mümkün olmayıb. 3 yaşlı uşaq yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR