Maşın avtoyuma məntəqəsinə çırpılıb yandı - Sürücü öldü

Maşın avtoyuma məntəqəsinə çırpılıb yandı - Sürücü öldü
HADİSƏ
09:06 08.10.2025
248
Salyanda ölümlə nəticələnən ağır qəza olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir. 

Bildirilib ki, Salyan rayonunun Yolüstü kəndində "Mercedes” markalı minik avtomobilinin avtoyuma məntəqəsinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Yanğın nəticəsində avtomobilin yanar hissələri, ümumi sahəsi 120 m² olan avtoyuma məntəqəsinin dam örtüyünün taxta atmaları 3 m² sahədə və xarici divarından keçən elektrik kabeli 2 paq.m yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı sürücünün yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
OXŞAR XƏBƏRLƏR