Maşın piyadanı öldürdü

Maşın piyadanı öldürdü
SOSİAL
23:15 09.08.2019
8818
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndinə gedən yolda qeydə alınıb. Hərəkətdə olan "Vaz" markalı avtomobil piyada - Yeni həyat kənd sakini, təxminən 60 yaşlarında olan Hüseyn adlı kişini vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR