"Maşın" şounun finalçıları ilə bağlı ən son məlumat: Kim getdi, kim qaldı?

"Maşın" şounun finalçıları ilə bağlı ən son məlumat: Kim getdi, kim qaldı?
MAQAZİN
15:48 14.06.2017
10091
Bu gün bəzi informasiya portallarında "Maşın şou"da finalçısı olan Elcan Rəsulovun şoudan getdiyi yazılıb.
 
AZXEBER.COM məsələ ilə bağlı şounun təşkilatçıları ilə əlaqə saxlayıb.
 
Onlar yayılan məlumatın dezinformasiya olduğunu və şou yaratmaq xatirinə yazıldığını deyiblər: "Bu yalan məlumatdır və bəzi saytlar İP yığmaq üçün belə addıma əl atırlar. Bildiririk ki, şoumuzla bağlı məlumat yalnız efir zamanı göstərilir. Bundan əvvəlki "Maşın"larda da belə olub, indi də belədir. Elcana qaldıqda isə, deyə bilərik ki, şouda hər 3 finalçı iştirakını davam etdirir".
 
Qeyd edək ki, "Maşın" şouda Oksana, Elcan və İslam yarışmanı davam etdirir.
 

OXŞAR XƏBƏRLƏR