Maşında vətəndaşı döyən polis danışdı - VİDEO

Maşında vətəndaşı döyən polis danışdı - VİDEO
Bütün Xəbərlər
11:01 31.08.2012
2623

“Mən QAİ işçisiyəm, odunqıran, mal otaran deyiləm. İçkili adama «başına dönüm» deyirəm, qanunu-qaydanı başa salıram. Bəs mən içkili adamı həkimə necə aparmalıyam?”

Bu günlərdə «YouTube» sosial şəbəkəsində İmişli rayonunda Yol Polisi maşınında bir vətəndaşla polis əməkdaşları arasında insidenti əks etdirən video yayılıb.VİDEODA POLİS HARASA ZƏNG EDİRVideonu portala yerləşdirən İmişli sakini, AXCP üzvü Musa Rahim deyir ki, o, həmin hadisənin təsadüfən şahidi olub və lentə alıb.Hadisənin bu il mayın sonunda baş verdiyi bildirilir. Musa Rahim görüntüdə vətəndaşa təzyiq edən polisin Əzim Abdullayev, avtomobili idarə edənin isə Ələsgər Məmmədov olduğunu deyir. Videoda Əzim adlı polis vətəndaşın üstünə qışqırıb onu arxa oturacağa tərəf itələyir. Avtomobili idarə edən ikinci polis isə onları sakit olmağa çağırır.Çəkiliş aparıldığını görən polis hərəkətini dayandırır və harasa zəng edir.Musa Rahim deyir ki, Əzim Abdullayev adlı polisin döydüyü həmin şəxs onların qonşusu Taleh Məmmədovdur:«Polislər Taleh Məmmədovun evinin qapısında başqa sürücünü saxlayan zaman hay-küy salıblar, Taleh Məmmədov isə polisləri sakitliyə dəvət edib. Bu etirazından sonra polislər onun özünü maşına mindirərək aparmağa cəhd ediblər».Ancaq İmişli rayon Yol Polisi əməkdaşı Əzim Abdullayev deyir ki, Taleh Məmmədov içkili olub və onu müayinədən keçmək üçün xəstəxanaya aparanda, Musa Rahim onları lentə alıb:«Biz onu döyməmişik, heç sürücü də demir ki, məni niyə vurursunuz. Sadəcə, Taleh Məmmədov içkili idi, onu xəstəxanaya aparanda, qol-qıçını oyan bu yana atdı. Mən nəyə deyirsiniz and içim, o adama bir çırtma belə vurmamışam. Musa Rahim Ələsgər müəllim oturan tərəfdən bizi çəkib, bəzi sözləri də əlavə edib, yayıb internetdə. Əl-ayağından tutmuşdum, deyirdim ki, «içkilisən maşına dəymə, elə eləmə». Mən QAİ işçisiyəm, mən odunqıran, mal otaran deyiləm. İçkili adama «başına dönüm» deyirəm, qanunu-qaydanı başa salıram. Bəs mən içkili adamı həkimə necə aparmalıyam? O, mənim yanımca düşüb getməlidir?».POLİS DEYİR İZAHAT VERİBLƏRƏzim Abdullayev həmin gün sürücünü xəstəxanaya apardıqlarını və müayinə zamanı onun sərxoşluğunun təsdiqləndiyini deyir. Onu da əlavə edir ki, artıq onlar və qarşı tərəf baş verən insidentlə bağlı hüquq-mühafizə orqanlarında izahat veriblər.Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov da AzadlıqRadiosuna bildirib ki, hadisədən xəbərdardırlar və videoya baxıblar:«Biz baxmışıq, bizə də məlumdur. Nazirliyin müvafiq xidmət sahələri yəqin ki, araşdırma aparıb nəticəsindən asılı olaraq tədbir görəcəklər».Videonu çəkən Musa Rahim isə Yol Polisinin dediklərinin həqiqətə uyğun olmadığını bildirir.Yol patrul xidməti maşınına mindirilən Taleh Məmmədovla danışmaq hələ ki, mümkün olmayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
13:23 15.08.2025
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
13:20 15.08.2025
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
Tarixdə bu gün - 15 avqust nə günüdür?
13:16 15.08.2025
Tarixdə bu gün - 15 avqust nə günüdür?
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
13:05 15.08.2025
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var