Biləsuvar rayon sakinindən 20 kiloqram narkotik vasitə olan tiryək götürülüb. Bu barədə APA-nın cənub bürosuna Biləsuvar Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumata görə, RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhərinin Nizami küçəsi, 40 ünvanında yaşayan Ramil Valeh oğlu Xammədova məxsus “Mercedes” markalı minik avtomobilinə baxış keçirilərkən avtomobilin təkər saxlama yerində satış məqsədilə qanunsuz saxlanılan 20 kiloqram tiryək aşkarlanaraq götürülüb. Hazırda R. Xammədovun narkotik vasitənin haradan əldə etməsi ilə əlaqədar əməliyyat tədbirləri davam etdirilir.
R.Xammədov barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Biləsuvar RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.