ABŞ-li sahibkar İlon Mask süni intellekt bölməsi "SpaceXAI"nin adını "SpaceXSI" olaraq dəyişəcəyini açıqlayıb.
İlon Mask bu barədə "X” sosial şəbəkəsində istifadəçinin yeni adla bağlı sualını cavablandırarkən məlumat verib.
Mask "SpaceXAI” adının "SpaceXSI” olaraq dəyişdiriləcəyini təsdiqləyib. O, yeniliyin nə vaxt həyata keçiriləcəyini açıqlamayıb.
"Müşahidə edilən” yeni adlandırmada "AI” ("Artificial Intelligence” – süni intellekt) əvəzinə "SI” ("Super Intelligence” – superintellekt) qısaltmasından istifadə olunacaq.
Mask daha sonra "Artıq AI yoxdur. SI. Belə daha yaxşıdır” ifadəsini yazıb.
///teleqraf///











































