Maskın varisi bilindi

Maskın varisi bilindi
DÜNYA
23:53 21.04.2025
351
Ağ Evin İdarəetmə və Büdcə İdarəsinin direktoru Rassel Vout ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) yeni rəhbəri ola bilər.

Bu barədə "Bloomberg" agentliyi Ağ Evin adı açıqlanmayan rəsmilərinə istinadən məlumat yayıb.

Onların məlumatına əsasən, Vout İlon Mask olmadan da DOGE-nin səmərəli işini davam etdirmək üçün kifayət qədər səriştəlidir.

Voutun ABŞ Prezidenti Donald Trampın çoxdankı tərəfdarı olduğu bildirilir.
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR