Maştağada faciə 30 yaşlı şəxsin həyatına son qoydu
Bütün Xəbərlər
11:47 21.08.2014
660
Ötən gün saat 16:00 radələrində Bakının Sabunçu rayonu ərazisində fəaciəvi hadisə baş verib.Sabunçu rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Maştağa qəsəbəsi ərazisində qeydə alınıb.Belə ki, qəsəbə sakini, 30 yaşlı Tahir İsmayılovu elektrik cərəyanı vurub. Ağır xəsarətlər alan kişi hadisə yerində dünyasını dəyişib.İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib. Lakin aparılacaq araşdırmalardan sonra baş verənlərə hüquqi qiymət veriləcək.