Paytaxtın Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, oktyabrın 16-sı saat 04:30 radələrində Maştağa qəsəbəsində 1970-ci il təvəllüdlü Fəxrəddin Əsgər oğlu Teymurov daxilə nüfuz edən bıçaq xəsarəti alıb. O, xəstəxanaya çatdırılıb.
Hadisənin F.Teymurovun tanışı 32 yaşlı Allahverdi Fəxrəddin oğlu Əliyev tərəfindən törədildiyi bildirilir.
Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanıb.