Maştağada ölümlə nəticələnən qəza baş verib

Maştağada ölümlə nəticələnən qəza baş verib
Bütün Xəbərlər
11:11 17.10.2014
667
Bakının Sabunçu rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.Hadisə Maştağa qəsəbəsi Xanlar küçəsində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili ilə Buzovna qəsəbəsindən Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olan Quliyev Nizami Ramiz Oğlunun qarşısına qəfildən 2 piyada çıxıb. Sürücü piyadaları vurmamaq üçün sükanı çevirsə də, onun bu cəhdi alınmayıb.Hələlik şəxsiyyəti istintaqa məlum olmayan piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.Yol qəzası baş vermiş ünvana sonradan Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları, əməliyyat-istintaq qrupu cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Meyit isə müayinə olunması üçün Məhkəmə Tibb Ekspertizasına göndərilib.Sürücü Nizami Quliyev isə ifadəsinin alınması üçün rayon polis idarəsinə dəvət olunub. Faktla bağlı cinayət işi başlanılıb. Qəzanın hansı şəraitdə baş verməsi istiqamətində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR