İsrail kəşfiyyatı "İnsan Hüquq və Azadlıqları" Humanitar Yardım Dərnəyinin bu planı ilə bağlı səhih məlumata malikdir. Dərnək, keçən il İsrail hərbçilərinin hücumu nəticəsində bu gəmidə 9 nəfərin öldürülməsinə baxmayaraq, hadisənin ildönümündə növbəti dəfə Qəzza sektorunun blokadasını yarmağa cəhd göstərəcək. İsrail kəşfiyyatı keçən il "Mavi Mərmərə" gəmisində olanların bir qisminin də bu səfərdə iştirak edəcəyini öyrənib. Qeyd edək ki, "İnsan Hüquq və Azadlıqları" Humanitar Yardım Dərnəyi də bir neçə dəfə Qəzza sektoruna gəmi səfəri təşkil edəcəklərini bəyan edib. Ancaq onlar bu səfərlərin tarixini açıqlamayıb.