Mayın 10-da bağlanacaq yolların siyahısı

Mayın 10-da bağlanacaq yolların siyahısı
Bütün Xəbərlər
15:18 08.05.2013
1250
Bakıda mayın 10-da bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, Heydər Əliyevin 90 illik yubiley mərasiminin keçirilməsi ilə əlaqədar mayın 10-da saat 07.30 dan M.Müşfiq küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsindən, Mehdi Hüseyn küçəsi 1 ünvanından (Teleteatr binasının yanından Parlament prospekti ilə kəsişən bütün küçə və yollarda) avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.O cümlədən, Şəmsi Bədəlbəyli küçəsinin Bülbül və Rəşid Behbudov küçələri ilə kəsişməsinə qədər olan istiqamətlərdə tədbir bitənə qədər avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq.Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Heydər Əliyev Sarayının qarşısındakı parkda keçiriləcək “Gül bayramına” gələn şəhər sakinlərin və qonaqların nəzərinə çatdırır ki, tədbirə giriş Mili Konservatoriyanın inzibati binasının qarşından olacaq.
OXŞAR XƏBƏRLƏR