Conrad Murrayın mühakimə olunması üçün kifayət qədər dəlil olduğunu deyən hakim, onun Cecksonun ölümünə səbəb olan güclü dərmanı olan Propofolu iynəsi vurduğunu və lazımı müalicəni etmədiyini deyib.
Fakt ekspertiza rəyində də təsdiqlənib: "Murray, dərmanı verdiyi sənətçini tək buraxıb. Bunu etmək olmaz. Çünki vurulan iynənin təsiri altında olan xəstə hər cür ciddi narahatlığı keçirə bilər".
Qeyd edək ki, Maykl Cekson, iyunun 25-də 2009-cu il tarixində, Los Angelesdəki evində, yuxu dərmanı olaraq istifadə etdiyi və həddindən artıq dozada qəbul etdiyi Propofoldan ölmüşdü.