Maykl Ceksonun öləndən sonra çəkilən fotosu üzə çıxdı – FOTO

MARAQLI
10:25 29.09.2011
2265

Amerikanın TMZ saytı dünya şöhrətli Maykl Ceksonun ölümündən öncəki son səs yazısını və öləndən sonra çəkilən fotosunu yayımlayıb. Müğənninin fotosu həkimi Konrad Murrayın mühakiməsi zamanı ortaya çıxıb. Məhkəməyə təqdim olunan fotoda sənətçi xəstəxana yatağında cansız vəziyyətdə yatır, siması solğundur və üzünə kiçik bir əşya bağlanıb. Təqdim olunan sənədlər arasında bu foto ilə bərabər Ceksonun səs yazısı da var. Məhkəmə lentdəki səsin narkotik vasitənin təsiri altında olan Maykla məxsus olduğunu qəbul edib.

//lent.az

OXŞAR XƏBƏRLƏR