Mbappe daha az maaşa beş il “Real”da oynayacaq

Mbappe daha az maaşa beş il “Real”da oynayacaq
İDMAN
19:27 17.05.2022
407
PSJ-nin hücumçusu Kilian Mbappe Madrid "Real”ına keçməklə bağlı yekun qərarını verib.

Fransız futbolçu karyerasını "Real”da davam etdirmək istədiyini açıqlayıb. Bununla bağlı razılaşma ötən həftə əldə olunub. Müqavilə beş il müddətinə nəzərdə tutulub.

Futbolçunun "Real”da PSJ-nin ona təklif etdiyindən olduqca az maaş alacağı bildirilir.

Qeyd edək ki, Mbappe bu mövsüm PSJ-nin heyətində 45 oyun keçirib. Bu oyunlarda 36 qol vurub, 26 məhsuldar ötürmə edib.
OXŞAR XƏBƏRLƏR