“McDonald's Azərbaycan”ın “Gənc yazarlar” layihəsi 50 uşağın həyatında unudulmaz hadisə oldu – FOTO

“McDonald
İQTİSADİYYAT
13:45 29.12.2022
481
Bu ilin iyun ayında "McDonald’s Azərbaycan”ın CARE GROUP şirkəti ilə birgə başlatdığı "Gənc yazarlar” layihəsinin Gəncədə bağlanış mərasimi keçirilib.

AZXEBER.COM xəbər verir ki, layihənin iştirakçıları Gəncə şəhərində yerləşən "McDonald's Azərbaycan” restoranına dəvət olunub, onlara üçün əyləncəli proqram və ziyafət təşkil edilib. Sonra layihə çərçivəsində uşaqların yazdığı nağılların yer aldığı kitabın təqdimatı keçirilib.

Layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan 50 uşaq üçün "Art-terapiya” və "Koqnitiv davranış terapiyası” üsulları üzrə psixologiya təlimləri keçirilib. Dünyada geniş tətbiq olunan bu üsullar qorxuya qalib gəlmək və ümumiyyətlə psixoloji vəziyyəti yaxşılaşdırmaq baxımından özünü yaxşı tərəfdən göstərib.

Layihə 6 ay ərzində bir neçə mərhələdə həyata keçirilib. Uşaqlara yaradıcılıq üçün zəruri hər şeyin daxil olduğu "gənc yazar” dəsti paylanılıb, onlar üçün ustad dərsləri keçirilib. Ustad dərsi çərçivəsində uşaqlara hekayələr yaratmağın və süjet qurmağı yolları aşılanıb. Layihənin təşkilatçıları əmindirlər ki, öz yaradıcı məhsullarını ərsəyə gətirmək uşaqlara müsbət terapevtik təsir göstərəcək.

Qeyd edək ki, layihə zamanı uşaqların yazdığı nağılların daxil edildiyi toplu geniş ictimaiyyətə təqdim olunacaq. Bu kitabla tanış olmaq istəyənlər üçün Gəncədə (Heydər Əliyev Prospekti 433, Gəncə Mall ticarət mərkəzi) və Bakıda (Yasamal Rayon, Hüseyn Cavid Prospektində 100) yerləşən "Libraff” kitab mağazalarına yaxınlaşa bilərlər. Kitablar xüsusi ayrılmış stendlərdə təqdim olunacaq. Burada hər kəs onları pulsuz şəkildə götürüb kafedə və ya birbaşa "Libraff” mağazasında oxuya bilər.

Korporativ sosial məsuliyyət hər zaman "McDonald’s” şirkətinin korporativ fəlsəfəsinin ayrılmaz tərkib hissəsi olub. "McDonald’s”ın 22 ildən çoxdur ki, Azərbaycanda həyata keçirdiyi xeyriyyəçilik fəaliyyəti çərçivəsində çoxsaylı müxtəlif səpkili layihələr, o cümlədən uşaq evlərinə, tibbi yardım fondlarına və idman tədbirlərinə yardım göstərilib. "McDonald’s” şirkəti inanır ki, birlikdə həyati çətinliklərlə üzləşmiş uşaqlara kömək edə, onların dünyasını gözəlləşdirə və rəngarəng edə bilərik.
 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Faciəli şəkildə ölən hərbçimizin FOTOSU
15:01 03.03.2026
Faciəli şəkildə ölən hərbçimizin FOTOSU
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
14:58 03.03.2026
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
14:56 03.03.2026
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
14:55 03.03.2026
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
14:48 03.03.2026
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
14:47 03.03.2026
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
14:46 03.03.2026
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
14:45 03.03.2026
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
14:43 03.03.2026
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
14:41 03.03.2026
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
“AniPay”in fəaliyyəti dayandırılır
14:41 03.03.2026
“AniPay”in fəaliyyəti dayandırılır
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
14:37 03.03.2026
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
14:28 03.03.2026
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
14:26 03.03.2026
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
14:21 03.03.2026
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
14:17 03.03.2026
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu