McDonald`s-da yeməkdən qurdlar çıxdı –FOTO - VİDEO

SOSİAL
13:36 27.08.2016
5417
ABŞ-ın Kentukki ştatında iki şəxs McDonald`s fast-fud şəbəkəsinin restoranlarında aldıqları yeməkdən qurdların çıxdığını deyiblər.
Meyfild şəhərinin sakini Medison Stivensin dediyinə görə, yerli McDonald`s restoranına yollanaraq özü və bir yaşlı oğlu üçün hamburger alıb.
"Hamburgeri yeməyə başlayanda onun içindən qurd çıxdı. Şirkətə şikayət etdim, cavab olaraq mənə 10 dollarlıq hədiyyə kartı yolladılar", - M.Stivens deyib.
Leysi Co Lovett isə Meyfild şəhərindən 40 km aralıdakı Draffenvil şəhərindəki McDonald`s restoranında burger alıb və yeməyin içindən qurdlar çıxıb.
McDonald`s-ın mətbuat katibi Maykl Lav insidentlərlə bağlı deyib: "Bu hadisələri araşdırırıq. Problemləri həll etmək üçün müvafiq addımlar atılacaq".
///Milli.Az
OXŞAR XƏBƏRLƏR