Şirkətin satışları aşağı düşüb.
Amerikanın McDonald’s restoranlar şəbəkəsi 7 adda sendviçin menyudan çıxarılması barədə qərar qəbul edib. Bu barədə AZXEBER.COM-aRİA Novosti-yə istinadla xəbər verir.
“Fast food nəhəngi menyudan “De lyuks” hamburgeri də daxil olmaqla 7 adda toyuq sendviçini menyudan çıxarır. Bu, şirkətin aşağı düşən satışlarının azaldılması ilə bağlı planının tərkib hissəsidir”, - CBS News telekanalının məlumatında deyilir.
Şirkət ümid edir ki, sadələşdirilmiş menyu sifariş və xidmət prosesini tezləşdirəcək.