“Möcüzə” yağları qızıl qazandırdı (R)

İQTİSADİYYAT
16:41 01.06.2012
2386
Azərbaycan Milli Kulinariya Asossiasiyası rəhbəri Tahir Əmiraslanov İspaniyadakı Beynəlxalq Kulinariya Yarışlarının nəticələri ilə bağlı Trend Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib.AZXEBER.COM-un məlumata görə, Milli Kulinariya Komandamızın əldə etdiyi nəticələr barədə məlumat verərək, bildirib ki, iyunun 7-8-də Rusiyanın Çeboksarı şəhərində keçiriləcək yarışlarda iştirak edəcək Azərbaycan milli komandasının hazırlayacağı milli yeməklərə, süfrənin bəzədilməsi və dizaynına "Eurovision 2012" mahnı müsabiqəsinin elementləri əlavə olunacaq.Əmiraslanov deyib ki, həmin yarışmada Azərbaycanın milli yeməkləri hazırlanarkən musiqi yarışmasının qalibi olan ölkələrin zövqləri nəzərə alınacaq.Qalib ölkə İsveçin zövqünə uyğun olaraq kükü, Rusiya ikinci yeri tutduğu üçün nənəsayağı yemək, serblər şirniyyatı sevdiyi üçün halva deserti hazırlanacaq.Hər yemək süfrəsində Azərbaycan şərabları və türk şərbətləri veriləcək.Onun sözlərinə görə, milli komanda hazırlıqlar zamanı fiziki keyfiyyətlərini və orqanoleptik xüsusiyyətlərini nəzərə alaraq bir sıra məhsullarla, о cümlədən yağlarla yarış üçün xörəklər bişirib.Ən yaxşı nəticəni кərə və bitki yağlarının qarışığından hazırlanmış "Supersun" yağı verdiyindən komanda bu çempionata özü ilə "Supersun" yağını da aparmağı qərarlaşdırıb.Əmiraslanov bildirib ki, mayın 12-17-də Azərbaycanın milli kulinariya komandası İspaniyanın Tenerif şəhərində keçirilən "Həyatın dadı" VII Beynəlxalq Kulinariya çempionatında iştirak edib.Müsabiqəyə 4 ölkə qatılıb: Azərbaycan, Ukrayna, Polşa, İspaniya. 2 ölkə (Serbiya və Rusiya) son anda çempionata gələ bilmədiklərini xəbər veriblər.Azərbaycandan 3 aşpaz yarışlarda 12 fərdi (hər biri 4 fərdi) sinifdə və komanda sinfində iştirak edib.Çempionatda Asya Axundova 1 qızıl, 1 bürünc, 2 diplom (4-cü yer); Fəqan Ağayev 1 qızıl, 1 gümüş, 1 bürünc, Ağa Aşurov 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar.Qara qutu yarışmasından isə komandamız bürünc medal qazanıb. Komandamız 13 sinifdə 11 nəticə (3 qızıl, 2 gümüş, 4 bürünc və 2 diplom) göstərib.Onun sözlərinə görə, həmin çempionatda komandamız daha çox yerli ərzaqlardan istifadəyə üstünlük verib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq