MDB-də ən bahalı məktəb ləvazimatları Azərbaycandadır - SİYAHI

MDB-də ən bahalı məktəb ləvazimatları Azərbaycandadır - SİYAHI
Bütün Xəbərlər
23:44 01.09.2011
4174

Yeni dərs ili yaxınlaşdıqca uşaqların zəruri məktəbli forması və dəftərxana malları ilə təmin olunması problemi aktuallaşır. Bu gün post sovet ölkələrinin əksəriyyətində yeni dərs ilinə start verilib.AZXEBER.COM-un məlumatına görə, “İqtisadi forum” jurnalıRusiyanın “Rossiya-24” kanalına istinadən keçmiş SSRİ ölkələrinin məktəb bazarındakı qiymətləri oxucularının diqqətinə çatdırır.

Araşdırmalar göstərir ki, post sovet ölkələri arasında ən bahalı dəftərxana malları Azərbaycandadır. Bizdə bir məktəbli üçün minimal dəst təxminən47 manata başa gəlir. Halbuki oxşar dəsti Moldovada40 manata,Qırğızıstanda32 manata,Qazaxıstanda27 manata,Rusiyadaisə 19 manata almaq olar. Ən ucuz dəftərxana dəsti Ermənistan və Belorusdadır.Ermənistanməktəblisi dəftərxana malları üçün ən azı 16 manat ödəməlidir. Dəftər, qələm və karandaşın ən ucuz olduğuölkə Belorusdur.Belorusməktəblisinin minimal xərci 12 manat təşkil edir. Ümumilikdə götürdükdə Ermənistan və Gürcüstan istisna olmaqla post sovet ölkələrində dəftərxana malları orta hesabla 5-10% bahalaşıb.

MDB ölkələrinin əksəriyyətində vahid məktəbli geyimi tətbiq edilir.Azərbaycanda bu ildən yeni məktəbli geyiminə keçir. Məktəbli geyimlərinin alınması üçünRusiyalıvalideynlər daha çox xərcə düşürlər. Rusiyada məktəbli geyiminin bir dəsti təxminən 110 manata başa gəlir.Qazaxıstandabunun üçün 82 manat, Azərbaycanda isə 47 manat ödənilməlidir.Ukraynadabu geyimləri 41 manata,Belorusda39 manata almaq olar. Yaxın qonşularımızda vəziyyət nisbətən yaxşıdır.Ermənistandaşagird geyimi 34 manatadır.Gürcüstandaisə məktəbli geyimləri 2 dəfə az - 16 manat təşkil edir.

Dərsliklər hər il məktəblilərin baş ağrısına çevrilir.AzərbaycanvəQazaxıstandadərsliklər pulsuz paylanacaq.Ermənistandadərslikdən istifadəyə görə ödəniş nəzərdə tutulub. Bir kitabın illik icarə haqqı təxminən 82 qəpiyə başa gəlir.Moldovadaibtidai siniflər üçün pulsuz olan dərsliklər yuxarı sinif şagirlərə pulla verilir.Qırgızıstandakitabdan istifadəyə görə ödəniş haqqı 5 il öncə ləğv edilib. Qırgız şagirdi indi çatışmayan hər dərslik üçün təxminən 3 manat ödəməli olur.Gürcüstandabir dərslik 4 manata,Rusiyadaisə 5,5 manata satılır.

OXŞAR XƏBƏRLƏR