MDB Müşahidə Missiyasının başçısı MSK sədri ilə görüşüb
SİYASƏT
19:00 10.09.2013
1175
usiya Dövlət Dumasının MDB və Həmvətənlərin İşləri üzrə Komitəsinin rəhbəri Leonid Slutskinin başçılıq etdiyi Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə MDB Parlamentlərarası Assambleyasının Müşahidə Missiyasının üzvləri sentyabrın 10-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüblər.MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, qonaqları salamlayan MSK-nın sədri qarşıdan gələn seçkilərin ölkəmizin həyatında mühüm tarixi hadisə olduğunu və böyük əhəmiyyət kəsb etdiyini söyləyib. O, MDB-dən olan müşahidəçilərin də qarşıdan gələn prezident seçkilərində müşahidəçilik etməsindən məmnun olduğunu bildirib.Missiyanın başçısı MDB-dən olan uzunmüddətli müşahidəçi-ekspertlərin artıq öz missiyalarını həyata keçirməyə başladıqlarını diqqətə çatdırıb. Qonaq həmin müşahidəçilərin ölkənin ayrı-ayrı bölgələrinə səfərlər etdiklərini və seçkiyə hazırlıq işlərinin yüksək səviyyədə təşkilinin şahidi olduqlarını nəzərə çatdırıb.Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının fəaliyyətini yüksək qiymətləndirən missiya rəhbəri hazırlıq işlərinin seçkilərin demokratik standartlara uyğun keçirilməsinə yönəlmiş şəkildə aparıldığını vurğulayıb.