Məcburi köçkünlər ayağa qalxdı

Məcburi köçkünlər ayağa qalxdı
Bütün Xəbərlər
12:27 31.05.2013
1064
Bu gün saat 11:00 radələrində Mingəçevir şəhərində məcrubi köçkünlər aksiya keçirməyə başlayıb. Hadisə şahidlərinin Aksiyada 30-a yaxın məcburi köçkün iştirak edir. Onlar İcra Hakimiyyətinin qabağını və “20 yanvar” küçəsində yolu bağlayıblar. Polis hazırda yolları açır. Aksiya iştirakçıları onlara evlərin verilməməsi ilə bağlı etiraz edir.Məsələ ilə əlaqədar İcra Hakimiyyətilə əlaqə saxladıq. İcra hakiminin I müavini İlham İsmayılovun ANS PRESS-ə verdiyi məlumata görə, hazırda məsələ araşdırılır.“Ümumiyyətlə Mingəçevirdə məcburi köçkünlər üçün 9 mərtəbəli 10 bina (502 ailə üçün nəzərdə tutulur) istifadəyə verilib. Hazırda sənədlər yığılıb. Təbii ki, bəzilər daha çox mənzil almaq istəyir. Bəziləri Bakıda yerləşdikləri halda gəlib Mingəçevirdə ev almaq istəyir. Ona görə də narazılıqlar var, biz də problemin aradan qaldırılması istiqamətində çalışırıq. Şikayətçilər qəbul ediləcək və bir-bir dindiriləcək”, - deyə İlham İsmayılov bildirib.
OXŞAR XƏBƏRLƏR