Məcburi köçkünlər bu xəbərə sevinəcək - QƏRAR

Məcburi köçkünlər bu xəbərə sevinəcək - QƏRAR
Bütün Xəbərlər
15:10 10.04.2012
1531
Nazirlər Kabineti büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında qərar verib.
Nazirlər Kabinetindən AZXEBER.COM-a verilən məlumata görə, “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” 1994-cü il 10 may tarixli 181 nömrəli qərarın 2-ci hissəsinin müddəti 2013-cü il yanvarın 1-dək uzadılıb.Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, digər aidiyyəti dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə tapşırılıb ki, tabeliyində olan qurumlarda müvafiq boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsini daha da gücləndirsinlər və görülmüş işlər barədə hesabatı rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, məşğulluq xidməti orqanlarına müraciət etmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.Bu qərar 2012-ci il yanvarın 1-dən qüvvəyə minib.
OXŞAR XƏBƏRLƏR