Məcburi köçkünlərin məskunlaşdığı yaşayış düşərgəsində yanğın olub

Məcburi köçkünlərin məskunlaşdığı yaşayış düşərgəsində yanğın olub
Bütün Xəbərlər
15:15 05.12.2013
522

Yevlaxda məcburi köçkünlərin yaşadığı mənzildə yanğın baş verib.

AZXEBER.COM-un verdiyi məlumata görə, Ağdamın Xıdırlı kəndindən olan köçkünlərin məskunlaşdığı yaşayış düşərgəsində Şahmar Səmədova məxsus sahəsi 64 m2 olan mənzil tamamilə yanıb.

Mənzildəki əşyalar və ev sahiblərinə məxsus sənədlər də yanaraq kül olub. Yanğın nəticəsində yaşayış düşərgəsində elektrik xətləri də sıradan çıxıb.Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yevlax rayon Dövlət Yanğından Mühafizə briqadası çağırılıb və yanğın söndürülüb.Yanğına səbəb kimi elektrik naqillərində baş verən qısaqapanmanın olduğu bildirilir.Yanğın nəticəsində bütün var-dövlətlərinin yandığını deyən ev sahibinin xanımı Ceyran Səmədova dövlət qurumlarından və imkanlı şəxslərdən onlara kömək etmələrini istəyir.

OXŞAR XƏBƏRLƏR