Mədəniyyət və Turizm Nazirliyi məhkəməyə verildi – QAZ BORCUNDAN
Bütün Xəbərlər
12:08 11.10.2012
993
ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi (İB) Mədəniyyət və Turizm Nazirliyini məhkəməyə verib. Femida.az-ın məlumatına görə, İB nazirliyə qarşı istifadə olunmuş qaza görə yaranmış borcun ödənilməsi tələbi barədə iddia qaldırıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib.Bakı Apelyasiya Məhkəməsi akt ləğv edib və yeni qətnamə qəbul edib.