“Media açarı-2011” mükafatının təqdimatı olacaq

“Media açarı-2011” mükafatının təqdimatı olacaq
MEDİA
23:33 05.01.2012
2022

Yanvarın 10-da “Media açarı-2011” mükafatının təqdimat mərasimi keçiriləcək. Təqdimat Frontline Bakı Klubunun yaradılmasına hazırlıq çərçivəsində keçirilən ikinci tədbirdə baş tutacaq.

“Yeni Nəsil” Jurnalistlər Birliyindən verilən məlumata görə, Frontline Bakı Klubunun növbəti toplantısı “Azərbaycanda yeni medianın söz və informasiya azadlığına təsiri”mövzusuna həsr olunacaq. Tədbirdə KİV rəhbərləri, media ekspertləri, hüquqşünaslar, Rusiyanın ən populyar və oxunaqlı 10 saytından biri olan “Argumenti.ru”nun baş redaktoru Dmitriy Fedotov da iştirak edəcək.

Toplantının ikinci hissəsində “Media açarı-2011” mükafatının təqdimat mərasimi keçiriləcək. “Yeni Nəsil” Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin təsis etdiyi mükafatın 4 nominasiya – “İlin reportyoru”, “İlin şərhçisi”, “İlin ən yaxşı jurnalist araşdırması”, “İlin media adamı” nominasiyaları üzrə qalibləri elan ediləcək. 1995-ci ildən etibarən “Media açarı” mükafatı hər il 22 İyul – Milli Mətbuat Günü ərəfəsində təqdim olunur. İlk dəfə olaraq, 2011-ci ildə mükafatın təqdimatı iyulda baş tutmayıb.

OXŞAR XƏBƏRLƏR