MEDİA-nın 5 illiyi: Peşəkar və məsuliyyətli jurnalistikaya gedən yol

MEDİA-nın 5 illiyi: Peşəkar və məsuliyyətli jurnalistikaya gedən yol
MEDIA
16:42 12.01.2026
1102
Medianın İnkişafı Agentliyinin yaradılmasından 5 il ötür.  

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media sahəsində islahatların dərinləşdirilməsi məqsədilə 12 yanvar 2021-ci il tarixində yaradılıb. Agentlik Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 1249 nömrəli Fərmanına əsasən təsis olunub və ölkədə medianın inkişafının dəstəklənməsi, institusional quruculuğun gücləndirilməsi, eləcə də informasiya-kommunikasiya texnologiyaları və innovasiyaların tətbiqinin stimullaşdırılmasını əsas fəaliyyət istiqamətləri kimi müəyyən edib.

MEDİA-nın fəaliyyəti nəticəsində media mühitinin sağlamlaşdırılması, peşəkarlığın artırılması, media subyektləri üçün müsabiqələr və maliyyə dəstəyinin ayrılması, eləcə də jurnalist və redaksiya nümayəndələri üçün peşəkar təlimçilərin iştirakı ilə mütəmadi təlim və seminarların təşkili əsas prioritetlər kimi ön plana çıxıb. 

Əməkdar jurnalist, Konkret.az saytının rəhbəri Fadil Paşayev AZXEBER.COM-a açıqlamasında deyib ki, MEDİA-nın yaranmasından indiki dövrə qədər media mühiti xeyli sağlamlaşıb:

"Media mühiti xeyli yaxşılaşıb. Tam əminliklə deyə bilərik ki, Agentliyin yaranma tarixi medianın inkişafında yeni mərhələ kimi də xarakterizə edilə bilər. Qurumun yaranması ilə 5 il ərzində ölkədə media siyasəti daha mütəşəkkil qaydada həyata keçirilməyə başladı. Ən əsası jurnalistikanın peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl layihələr həyata keçirildi. Agentlik dövlətin media siyasətinə sistemli və strateji yanaşma nümayiş etdirdi. 


Ən sevindirici məqamlardan biri də budur ki, yaranan yeni media modeli müasir çağırışlara cavab verir. Dünyada və ölkəmizdə dezinformasiyaya qarşı operativ, sürətli reaksiya məhz MEDİA-nın peşəkar komandası tərəfindən uğurla icra edilir. Agentlik dövlətlə media strukturları arasında etimad yaratmaqla bərabər bu sahədə yeni qanunvericiliyin tətbiqini gerçəkləşdirə bildi. 

Xüsusilə "Media haqqında” qanunun tətbiqi çərçivəsində media subyektlərinin reyestrinin yaradılmasını qeyd etmək lazımdır. Məhz buna nail olunmaqla informasiya məkanında bir nizam-intizam yarandı. Qeyri-peşəkar və məsuliyyətsiz resurslara qarşı mübarizə tədbirləri öz effektini verdi”.

O bildirib ki, MEDİA-nın həyata keçirdiyi tədbirlər kifayət qədər çoxdur:

"Media subyektlərinin şəffaf fəaliyyətinin təşviqi istiqamətində isə qurumun ardıcıl tədbirlərinin sayı-hesabı yoxdur. Yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən təlimlər, seminarlar və ixtisasartırma proqramları sistemli xarakter alıb və bu, zaman keçdikcə media savadlılığı hərəkatına öz töhfəsini verməkdədir.

Agentliyin bir istəyi da ondan ibarətdir ki, media subyektlərinin texniki imkanları güclü olsun. Qurumun bu istəyini biz öz fəaliyyətimizdə daha yaxından hiss edirik. Bu gün redaksiyaların əksəriyyətinin maddi-texniki bazası bu dəstək sayəsində yenilənir. Kadrlarla bağlı da MEDİA ilə sıx əməkdaşlıq edirik. Media subyektləri üçün müsabiqələr və maliyyə dəstəyi məhz bu əməkdaşlığın əsas hissəsidir. Müxtəlif mövzuları əhatə edən müsabiqələr bizim davamlı fəaliyyətimizi təmin edən əsas amillərdən biridir. Bu gün həmin təşəbbüslər və real müsabiqələr keyfiyyətli və ictimai əhəmiyyət daşıyan kontent istehsalını stimullaşdırır.

Heç kimə sirr deyil ki, maliyyə dəstəyi olmadan media subyektləri iqtisadi müstəqilliyini möhkəmləndirə bilməz. Real reklam bazarının tam formalaşmaması da bu problemlərin həll edilməyən tərəflərindən biridir. Bu baxımdan maliyyə dəstəyi reklam bazarından neqativ asılılığı azaldır və redaksiya siyasətində peşəkar prinsiplərin qorunmasına şərait yaradır. Bu gün həmin müsabiqə şərtlərində göstərildiyi kimi redaksiyalar sosial, maarifləndirici, milli-mənəvi dəyərlərin təbliği və dövlətçilik maraqlarını əks etdirən yazılarla çıxış edir”.

F.Paşayev vurğulayıb ki, MEDİA inkişafyönümlü institusional strukturdur: 

"MEDİA-nın 5 illik fəaliyyəti göstərir ki, Agentlik təkcə tənzimləyici qurum deyil, eyni zamanda media ilə tərəfdaşlıq modelini əsas götürən, inkişafyönümlü institusional strukturdur. İnanıram ki, qarşıdakı dövrdə də qurum  Azərbaycan mediasının beynəlxalq standartlara uyğunlaşması, rəqabətqabiliyyətli və ictimai etimadı qazanan media mühitinin formalaşmasında mühüm rol oynayacaq”.

Azxeber.com saytının baş direktoru Əfsələddin Ağalarov isə bildirib ki, Medianın İnkişafı Agentliyi Azərbaycan mediasında yeni baxışın formalaşmasına töhfə verən mühüm qurumdur:

"Medianın İnkişafı Agentliyi Azərbaycan mediasında yeni baxışın formalaşmasına töhfə verən mühüm qurumdur. Agentliyin yaradılması Azərbaycan mediası üçün əlamətdar hadisə hesab olunur. Çünki Agentliyin fəaliyyətə başladığı dövrə qədərki və sonrakı media mühitini təhlil etdikdə aydın görünür ki, Azərbaycan mətbuatı media haqqında qanunvericiliyə əsaslanaraq fəaliyyətini daha sistemli şəkildə tənzimləyə bilir. Hazırda ölkədə hər bir jurnalist yazdığı materiala və ya səsləndirdiyi fikrə görə məsuliyyətini dərk edir. 

Eyni zamanda dövlət qurumları da media ilə bağlı mövqelərini bildirərkən media haqqında qanunvericiliyə istinad edirlər. Bu amillər media mühitinin sağlamlaşdığının göstəricisidir”.

O bildirib ki, MEDİA jurnalistlər arasında reyestr mexanizminin icraçısı olub:

"Agentlik ötən 5 il ərzində yalnız media haqqında qanunvericiliyin yenilənməsi ilə kifayətlənməyib, eyni zamanda Azərbaycan mətbuatında jurnalistlər arasında reyestr mexanizminin tətbiqini həyata keçirib. Bunun nəticəsində artıq kimin jurnalist olub-olmadığını dəqiq müəyyənləşdirmək mümkündür. İstənilən dövlət qurumu ona müraciət edən şəxsin həqiqətən jurnalist fəaliyyəti ilə məşğul olub-olmadığını asanlıqla yoxlaya bilir”.

Ə.Ağalarov vurğulayıb ki, Agentlik indiyə qədər müxtəlif layihələr həyata keçirib: 

"Agentlik yazılı və onlayn mediaya dəstək layihələri vasitəsilə genişmiqyaslı yardım proqramlarına start verib. Media mühitinin sağlamlaşdırılmasının əsas istiqamətlərindən biri də mətbuatın maliyyə dayanıqlığının gücləndirilməsidir. Bu baxımdan Azərbaycanda qeydiyyata alınmış media subyektlərinin gəlir vergisindən azad edilməsi olduqca mühüm addım hesab olunur. Agentlik tərəfindən görülən bütün bu işlər Azərbaycan media mühitinin daha da yaxşılaşdırılmasına xidmət edib”.

Şahanə Ziyad
 
Yazı Medianın İnkişafı Agentliyinin "fikir, söz və mətbuat azadlığının, plüralizmin inkişaf etdirilməsi" mövzusunda dərc edilib.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan XİN: Hər üç ölkə Məkkə sazişinə sadiqdir
22:33 05.10.2026
Pakistan XİN: Hər üç ölkə Məkkə sazişinə sadiqdir
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO
22:27 05.10.2026
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO
"Euronews": "Formula 1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub
22:19 05.10.2026
"Euronews": "Formula 1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub
Nigeriyada göyərtəsində onlarla insanın olduğu gəmi batıb
22:12 05.10.2026
Nigeriyada göyərtəsində onlarla insanın olduğu gəmi batıb
Ermənistan və Türkiyə Gümrü-Qars elektrik ötürücü xəttinin işinin bərpasını müzakirə edib
22:07 05.10.2026
Ermənistan və Türkiyə Gümrü-Qars elektrik ötürücü xəttinin işinin bərpasını müzakirə edib
Merz: Yaxın Şərqdə münaqişənin həllindən danışmaq hələ tezdir
22:00 05.10.2026
Merz: Yaxın Şərqdə münaqişənin həllindən danışmaq hələ tezdir
Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb
21:54 05.10.2026
Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb
Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO
21:51 05.10.2026
Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO
Tovuzda 29 yaşlı gənc bıçaqlanıb, ona xəsarət yetirməkdə atası şübhəli bilinir
21:47 05.10.2026
Tovuzda 29 yaşlı gənc bıçaqlanıb, ona xəsarət yetirməkdə atası şübhəli bilinir
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - VİDEO
21:41 05.10.2026
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - VİDEO
Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır
21:37 05.10.2026
Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır
Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
21:24 05.10.2026
Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
21:10 05.10.2026
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib
21:02 05.10.2026
İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib
İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
20:56 05.10.2026
İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb
20:50 05.10.2026
Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb