MEDİA-nın icraçı direktoru süni intellektin mətbuatda tətbiqindən danışıb

MEDİA
10:59 30.09.2025
164
"Süni intellekt texnologiyalarının media sahəsində tətbiqindən irəli gələn spesifik məsələlərin həlli günümüzün vacib çağırışları sırasındadır”.

Bu sözləri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov "Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bu yeni bilik və bacarıqlara yiyələnmək, onun verdiyi fürsətləri dəyərləndirərək ölkələrimizin informasiya landşaftını müasirləşdirmək zərurəti artıq hiss olunmaqdadır: "Media süni intellektdən yalnız forma baxımından təkmilləşmək üçün deyil, eyni zamanda, daha maraqlı kontent yaradılması prosesində də yararlanmalıdır. Məlumdur ki, kontentin jurnalistika prinsiplərinə uyğun formada hazırlanması, faktların yoxlanılması, analitik təhlillərin və müqayisələrin aparılması, xüsusən də hazırlanmış materialın vizualizasiyası süni intellekt texnologiyalarının tətbiqi olmadan reallaşa bilməz”.

Əhməd İsmayılov qeyd edib ki, bu müasir yanaşma jurnalistikanın artıq yeni və tamam fərqli inkişaf fazasına keçdiyini deməyə əsas verir: "Bir sıra ölkələrin mediası artıq yeni texnoloji tərəqqinin nailiyyətlərindən istifadə etməkdədir. Biz bu prosesi yaxından izləyir, ciddi təhlil edir, medianın rəqəmsal mühitdə rəqabətə davamlılığını yüksəltmək üçün müxtəlif təşəbbüslərlə çıxış edirik”.
 
\apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Deputat: Bakıda tıxac problemi təsvir olunduğu qədər faciəvi deyil
12:56 30.09.2025
Deputat: Bakıda tıxac problemi təsvir olunduğu qədər faciəvi deyil
⁠ ⁠“Park Yasamal"da təhlükəsizliklə bağlı narahatlığa əsas yoxdur - "Kristal!"
12:48 30.09.2025
⁠ ⁠“Park Yasamal"da təhlükəsizliklə bağlı narahatlığa əsas yoxdur - "Kristal!"
Ayxan Abbasov Azərbaycan millisinin baş məşqçisi təyin olundu - AFFA prezidenti ilə görüşdü
12:43 30.09.2025
Ayxan Abbasov Azərbaycan millisinin baş məşqçisi təyin olundu - AFFA prezidenti ilə görüşdü
Tanınmış aparıcıya Bulvar İdarəsində vəzifə verildi
12:32 30.09.2025
Tanınmış aparıcıya Bulvar İdarəsində vəzifə verildi
Eskişehir Azərbaycanlılar Dərnəyinin toplantısı keçirildi: Şəhidlərimiz yad edildi
12:22 30.09.2025
Eskişehir Azərbaycanlılar Dərnəyinin toplantısı keçirildi: Şəhidlərimiz yad edildi
AccessBank və EBRD qadın sahibkarlar üçün Access2Success layihəsinə 4-cü dəfə start verdi
12:09 30.09.2025
AccessBank və EBRD qadın sahibkarlar üçün Access2Success layihəsinə 4-cü dəfə start verdi
"Cabirin ölümü ilə bağlı danışmaq bir az çətindir" - Ədalət Şükürov
12:03 30.09.2025
"Cabirin ölümü ilə bağlı danışmaq bir az çətindir" - Ədalət Şükürov
"Şimali Koreya ABŞ materikinə zərbə endirmək gücündədir"
11:34 30.09.2025
"Şimali Koreya ABŞ materikinə zərbə endirmək gücündədir"
Ceyhun Zeynalov:"Səhhətindən heç vaxt şikayət etməyib"
11:22 30.09.2025
Ceyhun Zeynalov:"Səhhətindən heç vaxt şikayət etməyib"
"Apple" "Veritas" adlı gizli süni intellekt botu ilə "Siri"ni yeniləyir
11:11 30.09.2025
"Apple" "Veritas" adlı gizli süni intellekt botu ilə "Siri"ni yeniləyir
MEDİA-nın icraçı direktoru süni intellektin mətbuatda tətbiqindən danışıb
10:59 30.09.2025
MEDİA-nın icraçı direktoru süni intellektin mətbuatda tətbiqindən danışıb
"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir
10:38 30.09.2025
"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir
Bakıda II Azərbaycan–Özbəkistan Media Forumu keçirilir
10:18 30.09.2025
Bakıda II Azərbaycan–Özbəkistan Media Forumu keçirilir
Əhaliyə yeni xəbərdarlıq - Bu günlərdə telefonla danışmayın
10:17 30.09.2025
Əhaliyə yeni xəbərdarlıq - Bu günlərdə telefonla danışmayın
Xalq artisti Ramiz Quliyevin vəziyyəti açıqlandı
10:11 30.09.2025
Xalq artisti Ramiz Quliyevin vəziyyəti açıqlandı
DYP-dən toy karvanında hərəkət edənlərə xəbərdarlıq
10:06 30.09.2025