Media reyestri Azərbaycan mətbuatında nəyi dəyişdirəcək? - AÇIQLAMA

Media reyestri Azərbaycan mətbuatında nəyi dəyişdirəcək? - AÇIQLAMA
ÖZƏL
16:19 25.10.2022
2203
Xəbər verdiyimiz kimi, Azərbaycanda oktyabr ayının 14-dən Media Reyestri fəaliyyətə başlayıb.

Prezident İlham Əliyevin "Media haqqında” Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Fərmanına əsasən, Medianın İnkişafı Agentliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də daxil olmaqla, aidiyyəti qurumların üzərinə Media Reyestrinin yaradılması və onun fəaliyyətinin təmin olunması istiqamətində müvafiq tapşırıqlar qoyulub.

Bəs Media Reyestri Azərbaycan mətbuatında nəyi dəyişəcək?

AZXEBER.COM məsələ ilə bağlı bir neçə jurnalistin fikrini öyrənib. 

"Demokrat Media"nın direktoru Vasif Həsənli bildirib ki, reyestrin qəbul edilməsi mediamız üçün böyük bir töhfədir:
 

"Media Reyestri Azərbaycan mətbuatında səliqə yaradacaq. Özbaşına fəaliyyətə son qoyulacaq. Buna qədər mediada bir xaos hökm sürürdü. Kim istəyirdi özünü jurnalist adlandırırdı, artıq belə olmayacaq. Jurnalistikanın sərhədi müəyyən ediləcək. Reyestrin ən böyük töhfələrindən biri budur. Digər bir töhfə jurnalistlərin sosial vəziyyəti ilə bağlı olacaq. Artıq reyestrdən keçən və jurnalist vəsiqəsi əldə edən şəxslər dövlətin imtiyazlarından yararlana biləcəklər. Bura daxildir: güzəştli ipotekalar, gələcəkdə nəqliyyatdan pulsuz istifadə və s. Bunların hamısı jurnalistlər və yeni media üçün bir avantajdır. Bu baxımdan reyestrin fəaliyyətə başlamağı çox yaxşı oldu. Digər tərəfdən Media Reyestri dünyanın bir çox ölkəsində var. Qardaş Türkiyədə bu təcrübə çoxdan var.  Azərbaycan da buna keçməli idi və bu zamanın tələbi idi. Hesab edirəm ki, bu, çox doğru addım oldu. Media reyestri mediamızın ümumi inkişafına, sərbəstliyinə, azadlığına təkan verəcək".

Vasif Həsənli qeyd edib ki, "Media Reyestrinin aparılması Qaydaları" haqqında Prezidentin Fərmanı Azərbaycan mediasının saflaşdırılması, sağlamlaşdırılması və peşəkarlaşdırılması üçün atılan çox vacib addımdır:

"İnanıram ki, bu Fərman Azərbaycan mediasının tam şəkildə etik qaydalar əsasında tənzimlənməsinə, həmçinin peşəkar, dəqiq və qərəzsiz informasiya siyasəti aparmasına gətirib çıxaracaq. Cənab Prezidentin 26 sentyabr tarixindəki Fərmanı həm də jurnalistlərimizin sosial vəziyyətinin yaxşılaşmasına böyük təkan verəcək. Xüsusilə də evsiz jurnalistlərimiz artıq yaxın vaxtlarda güzəştli ipoteka kreditlərindən rahat yararlana biləcəklər.
 
Eyni zamanda, Media Reyestrinin işə düşməsi ilə yaxın gələcəkdə jurnalistlərimiz digər dövlət imtiyazlarından, o cümlədən ictimai nəqliyyatdan və s. yararlana biləcəklər. Bütövlükdə, bu Fərman Azərbaycan mediasının sürətlə peşəkarlaşmasına və nüfuzlanmasına xidmət edir. Çünki indiyədək Azərbaycanda istənilən şəxs özünə "jurnalist" deyə bilirdi, yazıçı da, bloger də özünü "jurnalist" adlandırırdı. Amma "Media Reyestrinin aparılması Qaydaları" haqqında cənab Prezidentin Fərmanından sonra artıq jurnalistikamızın sərhədləri tanınacaq, ölkəmizdə nə qədər jurnalist var, onun dəqiq sayı məlum olacaq.

Jurnalist əlavə edib ki, bu qanun ilk növbədə feyk xəbərlərin qarşısını alacaq:

"Bilirsiniz ki, sosial şəbəkələrin geniş vüsət aldığı indiki dövrdə etik kodeksə əsaslanan peşəkar media siyasətinin aparılması günümüzün ən aktual məsələsinə çevrilib. Çox təəssüf ki, bəzi hallarda sosial şəbəkələrdə yayılan hər hansı feyk xəbərlərinin toruna düşə bilirdik. Bunun da başlıca səbəblərindən biri sosial media ilə jurnalistikanın sərhədlərinin qarışıq düşməsi idi. Düşünürəm ki, bundan sonra jurnalistlərimiz yalnız "Media haqqında" qanunun tələblərinə, həmçinin, etik kodeksə əməl etməklə, doğru və qərəzsiz informasiya istehsal etməklə bu cür vəziyyətlərdən çıxa biləcəklər. Nəticədə isə bu, dövlətimiz və cəmiyyətimiz üçün faydalı olacaq. Eyni zamanda bununla Azərbaycan mediası daha da peşəkarlaşacaq”.

Mövzu ilə bağlı "AZXEBER.COM" saytının baş direktoru Əfsələddin Ağalarov da öz fikirlərini bölüşüb:
 

 

"Media Reyestrinin hazırlanması və istifadəyə verilməsinin önəmi böyükdür. Reyestr xidmətinin uğurlu olub-olmayacağı ilə bağlı sualların ortaya çıxması normaldır. Amma anlamaq lazımdır ki, bu xidmət ümumilikdə dünyanın bir çox ölkələrində də var və praktikada çox da uğurlu nəticələr verib. İlkin olaraq dövlət də, media mühitində təmsil olunan subyektlər də ölkəmizdə jurnalistlərin və media subyektlərinin sayı ilə bağlı dəqiq məlumatlı olacaqlar. Bu həm də gələcəkdə nəzərədə tutula bilən güzəştlər üçün önəmli data bazadır. İkinci bir tərəfdən media mühitinin sağlamlaşdırılmasına indi daha çox ehtiyac var. Bu sağlamlaşdırma prosesi həm də özündə peşəkarlığın artırılmasına, media subyektlərinin biznes subyekti kimi də fəaliyyətinə təkan verəcək. Amma bu indinin məsələsi deyil. Bunun üçün zaman lazımdır".

Jurnalist sonda Almaniyada jurnalistlərə verilən güzəştlərdən də danışıb və bu cür imtiyazların Azərbaycanlı jurnalistlər üçün keçərli ola biləcəyini vurğulayıb:

"Təkcə bir nümunəni qeyd edim. Almaniyada media reyestrindən keçən jurnalistlərə və media subyektlərinə təkcə "Mercedes” şirkəti avtomobil alışında ciddi faizlə güzəştlər edirlər. Türkiyədə isə daha fərqli bir nümunə var. Türk Hava Yolları şirkəti reystdən keçən jurnalistlərə müəyyən vaxtlarda endirimli biletlər sata bilirlər. Bunlar zamanın işidir, amma bizdə də gələcəkdə bu cür imtiyazlar ola bilər. Ona görə də, şəxsən reyestrin önəmini bu günlə qiymətləndirmənin əleyhinəyəm".

"Pravda.az" saytının baş redaktoru İlkin Pirəli də məsələyə münasibət bildirib.
 

 

Jurnalist AZXEBER.COM-a açıqlamasında Media Reyestrinin Azərbaycan mətbuatına hansı yeniliklər gətirəcəyindən danışıb:

"Media Reyestrinin işə düşməsi Azərbaycan mətbuat tarixində yeni mərhələdir. Reyestr mətbuatda səliqə-sahman yaradacaq. Bu həm də jurnalistlərin nüfuzunun artırılması, şəffaflığın, hesabatlılığın təmin edilməsi üçündür. Bu sistem sosial ipotekadan istifadə imkanı da yaradır. Ən vacib tərəflərindən də biri budur. Fəaliyyəti qanunvericiliyə uyğun media subyekti asanlıqla Media Reyestrində qeydiyyatdan keçəcək. Artıq müxtəlif yollarla jurnalist vəsiqəsi almaq mərhələsi geridə qaldı. Kimlərinsə bu addan sui-istifadə etməsi normal fəaliyyət göstərən mətbuat orqanlarının da nüfuzuna zərbə vururdu. Məsələ dövlət səviyyəsində nəzarətə götürülüb. Jurnalist cəmiyyətdə neqativ hallara qarşı mübarizə aparır, məsələn, məmurlardan hesabatlılıq tələb edir. Belə olan halda, jurnalist, media subyekti də hesabatlı, şəffaf fəaliyyət göstərməlidir axı.
 
Bu baxımdan, düşünürəm ki, Media Reyestrinin fəaliyyətə başlaması doğru addımdır. Müharibədən qalib çıxmış Azərbaycan bütün sahələrdə islahatlar həyata keçirir. Ən önəmlisi media və siyasi partiyalarla bağlıdır. Ağır sahələr olduğundan aylarla müzakirə olunur. Hesab edirəm ki, dövlətin təhlükəsizliyi, kənardan müdaxilələrin qarşısının alınması üçün bu yeniliklər labüddür.
 
Mikayıl Mirzəzadə 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
23:42 14.08.2025
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi
23:37 14.08.2025
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi