“Media subyektləri üçün vergi güzəştləri medianın inkişafına töhfə verir”

“Media subyektləri üçün vergi güzəştləri medianın inkişafına töhfə verir”
MEDİA
17:25 10.12.2025
119
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. Bu, Milli Məclisin dünən keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
 
"Unikal Media Qrupun" baş redaktoru Zaur Əhməd AZXEBER.COM-a açıqlamasında deyib ki, Azərbaycanda media gəlirləri az olan sahələrdən biridir: 

"Azərbaycanda media gəlirləri az olan sahələrdən biridir. Bunun da əsas səbəbi reklam bazarının zəif olmasıdır. Əslində, Azərbaycan media subyektləri arasında reklam bazarında özünə məxsus yeri olan, lazımi oxucu kütləsi olan media orqanları kifayət qədərdir. Amma təəssüf ki, hələlik media orqanlarının ayaqda qalması, özünü tam maliyyələşdirməsi üçün imkanlar məhduddur. Bu mənada dövlətin mediaya dəstəyi zəruridir. Təbii ki, dövlət Media Agentliyi tərəfində bir sıra media orqanlarına maliyyə dəstəyi verir və bu, çox vacib və təqdirəlayiq haldır. Son üç il ərzində ölkə başçısının tapşırığı ilə media qurumları vergilərdən azad olunub. Bu addım maliyyə durumu kövrək olan media sahəsi üçün mühüm qərardır”.

Z.Əhməd bildirib ki, Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılması bu sahədə çalışanlara növbəti dəstək kimi qiymətləndirilə bilər:

"Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılması bu sahədə çalışanlara növbəti dəstək kimi qiymətləndirilə bilər. Biz müstəqil media fəaliyyəti ilə məşğuluq, istədiyimiz mövzuları, ortaya çıxan problemləri işıqlandıra bilirik, lakin bununla yanaşı, hər zaman dövlət siyasətini, milli maraqlarımızı bütün məsələlərin fövqündə saxlayırıq. Dövlət də müstəqil medianın ayaqda qalması, informasiya məkanımızın təhlükəsiz, milli maraqlara cavab verən formada qalması üçün mümkün dəstək addımları atır. Bu dəstəkdən biri də vergi güzəştinin müddəti daha 3 il uzadılmasıdır. Ümid edirik ki, reklam bazarının inkişafı üçün də qarşıdakı dövrdə mühüm addımlar atılacaq və bu da müstəqil medianın işkişafı üçün töhfə olacaq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR