“Media.Az” Ukrayna Ali Radasında Yerevanın qanunsuz fəaliyyətlərinə baxılmasına təşəbbüs göstərib

“Media.Az” Ukrayna Ali Radasında Yerevanın qanunsuz fəaliyyətlərinə baxılmasına təşəbbüs göstərib
DÜNYA
13:33 11.01.2020
6099

Ermənistan beynəlxalq hüquqa məhəl qoymamaq siyasətini davam etdirir. Bu günlərdə Krımda istirahət edən "xarici turistlərin” 16 faizini Ermənistan vətəndaşlarının təşkil etdiyi məlum olub.

Bunu səyahətçilər üçün fəaliyyət göstərən "Biletix” internet-servisinin məlumatları da sübut edir. Yanvarın 10-da isə Yerevan və Simferopol arasında birbaşa hava xidmətinin açılması barədə dekabrda yayılan xəbərlər öz təsdiqini tapdı.

SSRİ-nin Əməkdar pilotu Oleq Smirnovun sözlərinə görə, "uçuşlar iki ölkə - Rusiya və Ermənistan arasında hökumətlərarası müqavilələr əsasında həyata keçiriləcək” ("Vzqlyad” qəzetindən sitat).

 

Yerevan-Simferopol marşrutu Krımın anneksiyasından sonra "ilk müntəzəm beynəlxalq uçuş” olacaq. Bu məsələyə artıq Kiyevdə də diqqət yetirilib. Ukrayna Ali Radasının Milli Təhlükəsizlik və Müdafiə Məsələləri üzrə Komitəsinin üzvü İrina Vereşçuk baş verənlər barədə "Media.az”ın müxbirindən öyrəndikdən sonra məsələnin komitənin iclasında müzakirə ediləcəyini bildirib:

- Əlbəttə, bu, normal vəziyyət deyil. Bu vəziyyət elə Krımın anneksiyasının lap əvvəlindən anormaldır. Ermənistanın BMT-də necə səs verdiyini xatırlayırıq. Mən artıq Ermənistanın Ukrayna ərazisi olan Krımın ilhaqını dəstəkləməklə düzgün davranmadığını demişəm və deməyə davam edəcəm.

İndi də Ukraynaya münasibətdə öz siyasətinin davamında, ermənilər xoşagəlməz fəaliyyətlər etməyə davam edir. Lakin bu, Ukrayna üçün qəbuledilməzdir. Çünki bizim Ermənistanla diplomatik, ticarət münasibətlərimiz var.

Bütün bunlara baxmayaraq, Ermənistan vətəndaşları Ukrayna sərhədlərini qanunsuz keçirlər. Onları cinayət məsuliyyətinə cəlb etmək olar. Bizdə qanun pozucularına qarşı üç ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan 2018-ci ildə qəbul edilmiş qanun var. Bu qanun, həmçinin, xarici vətəndaşlara da aiddir.

Bu vəziyyət həm Xarici İşlər Nazirliyinin, həm də parlamentin xüsusi diqqətini tələb edir. Əlbəttə, mövcud vəziyyətə görə başqa bir vacib məsələ də var (İranda Ukrayna təyyarəsinin qəzasını nəzərdə tuturam). Lakin daxil olduğum Xarici Siyasət Komitəsində və Milli Təhlükəsizlik və Müdafiə Komitəsində bu məsələyə mütləq baxılacaq.

Yerevandan Simferopola birbaşa uçuşlar Ermənistanın Ukraynaya təcavüzü dəstəklədiyi anlamına gələcək. Ermənistanın Ukraynaya qarşı bu cür xoşagəlməz hərəkətlərə son qoyması üçün bütün qanuni vasitələrdən istifadə edəcəyik.

///oxu.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib