Mediamazar qayıtdı

Mediamazar qayıtdı
MEDİA
16:36 26.07.2012
1862
Azərbaycan İnternet məkanında peşəkar media təhlili ilə məşğul olan ilk portal - mediamazar.com uzun müddətli fasilədən sonra yenidən öz fəaliyyətini bərpa edib. Bu haqda AZXEBER.COM-a layihənin rəhbəri Azər Nəzərov məlumat verib. Onun sözlərinə görə, “Mediamazar” layihəsi yerli medianı tənqid etmək məqsədi ilə yox, daha çox mediada işıq üzü görən materialların peşəkar təhlili məqsədi ilə yaradılıb. Portalın əvvəlki fəaliyyətinin sınaq əhəmiyyətli olduğunu deyən koordinator əlavə edib: “Bu portal yaxın gələcəkdə jurnalistikaya dair ətraflı məlumatları özündə əks etdirəcək. Belə ki, artıq portalda “Tövsiyələr” bölməsi də fəaliyyətə başlayır və bu bölmədə ölkənin aparıcı jurnalistləri material hazırlığı zamanı qarşılaşılması mümükün olan müxtəlif vəziyyətlərlə bağlı öz tövsiyyələrini digər həmkarları ilə bölüşürlər”. Eyni zamanda portala “Mediaya dair iş elanları”, “Təlim və təhsil, “Media qonaq” bölməsi də əlavə olunub. “Media qonaq” bölməsində hər həftə bir uğurlu kariyeraya malik media nümayəndəsi ilə tanıdıcı müsahibə təşkil olunacaq və onlar öz təcrübələrini həmkarları ilə bölüşəcəklər. Həmçinin, tezliklə mediamazar.com-da “İnformasiya sorğusu nümunələri” və “Hüquqi yardım” bölmələri də fəaliyyətə başlayacaq.Layihə rəhbərinin sözlərinə görə o, layihənin qısa müddət ərzində yerli media nümayəndələrinin tez-tez baş çəkəcəyi portal olacağına inanır. Çünki bu portal məhz elə media əhlinin fəaliyyəti nəticəsində zənginləşir. Hər bir həmkarımızın özünün uğur hekayəsini mediamazar.com-la bölüşə biləcəyini bildirən Azər Nəzərov onu da əlavə edib: “Portal sınaq müddətində olan zaman materialları “Mediamazar” üçün yalnızca mən təhlil edirdim. Sevindirici haldır ki, bu sınaq müddətində bir çox həmkarımız da bu portalın fəaliyyətinə maraq göstərərək rastlaşdıqları jurnalistika prinsiplərinin pozuntusuna dair təhlil etmək istəklərini bizə bildirirdilər. Buna görə də artıq yeni “Mediamazar”da oxucularımız digər həmkarlarımızın da təhlillərini görəcəklər".Medimazar.com fəaliyyətini sosial şəbəkələrdə də geniş təşkil etmək fikrindədir. Artıq oxucular “Medimazarı” facebook.com/mediamazar və twitter.com/mediamazar vasitəsi ilə də izləyə bilərlər.”Sonda layihə rəhbəri bütün media əhlini rastlaşdıqları jurnalistika qeyri-peşəkarlıq nümunələrini mediamazar.com portalı ilə bölüşməyə səslədi. Ətraflı məlumat və əlaqə üçün:https://mediamazar.com [email protected]/* */ https://facebook.com/mediamazar https://twitter.com/mediamazar
OXŞAR XƏBƏRLƏR