“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”
SOSİAL
20:36 28.07.2026
456
Məlum olduğu kimi, İran ölkəmizə qarşı daha bir skandal addım atıb. Bu dəfə Azərbaycan Televiziyası (AzTV) "İrana düşmən olan media qurumları” siyahısına daxil edilib. Bu ədalətsiz və qərəzli qərar İran rəhbərliyinin Azərbaycana qarşı açıq-aşkar düşmənçilik mövqeyində dayandığını bir daha nümayiş etdirir.

AZXEBER.COM xəbər verir ki, AzTV-nin sədri Rövşən Məmmədov İranın bu qərarına münasibət bildirib. O vurğulayıb ki, Azərbaycan mediası İranla bağlı prosesləri hər zaman yalnız peşəkar jurnalistika prinsipləri çərçivəsində işıqlandırıb. Sədr bu addımın hansı hüquqi və ya məntiqi əsaslara söykəndiyinin anlaşılmaz olduğunu söyləyib. Rövşən Məmmədovun sözlərinə görə, AzTV-nin "düşmən media” siyahısına salınmasının əsas səbəbi 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə İran mediasının ölkəmizə karşı apardığı dezinformasiya kampaniyalarına təkzibedilməz faktlarla adekvat cavablar verilməsi ola bilər. 

Həmçinin, baş verənlərlə bağlı Medianın İnkişafı Agentliyi də rəsmi bəyanat yayıb. Bəyanatda "Media haqqında” Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə istinad olunub. Həmin maddəyə əsasən, Media Reyestrinə daxil edilmiş azərbaycanlı jurnalistlərin fəaliyyətinə hər hansı xarici dövlət tərəfindən məhdudiyyət qoyularsa, Azərbaycan da qarşılıqlılıq prinsipi əsasında eyni addımı həmin ölkənin mediasına qarşı tətbiq etmək hüququna malikdir. 

Qanunvericiliyin tələblərinə və qarşılıqlılıq prinsipinə uyğun olaraq, Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərən, ölkəmizin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan İran media qurumlarına qarşı qətiyyətli qərar qəbul edilib. Bəyanata əsasən, İranın "Səhər” telekanalı və "Mehr” xəbər agentliyinin, eləcə də onların nümayəndələrinin Azərbaycan Respublikası ərazisindəki fəaliyyəti rəsmən qanunsuz hesab olunub.

Göründüyü kimi, İranın bu qərəzli addımına Azərbaycandan hüquqi və qətiyyətli addım gecikməyib.

"Demokrat.az” xəbər portalının direktoru, "Ekoloji Dayanıqlılıq və Təbiətin Qorunması” İctimai Birliyinin sədri Vasif Həsənli Hit.az-a açıqlamasında deyib ki, İranın molla rejimi növbəti dəfə Azərbaycan dövlətinə qarşı öz düşmənçilik mövqeyini gizlətmədi: 

"Bu dəfə molla rejimi AzTV-ni "düşmən media” qurumları siyahısına daxil etdi. Şübhəsiz ki, bu, son dərəcə narahatedici və təxribatçı qərardır. Azərbaycanın dövlət televiziyasının bu cür siyahıya salınması İran-Azərbaycan arasında informasiya münasibətlərinə siyasi gərginlik gətirir. 

AzTV Azərbaycanın rəsmi mövqeyini və dövlət siyasətini ictimaiyyətə çatdıran əsas media qurumlarından biridir. Bu səbəbdən ona qarşı "düşmən media” ifadəsinin işlədilməsi təkcə bir televiziya kanalına deyil, həm də Azərbaycanın informasiya məkanına yönəlmiş təxribatçı təsiri bağışlayır”.

V. Həsənli əlavə edib ki, İranın bu addımı regionda iktərəfli əməkdaşlığının gələcəyi ilə bağlı mənfi siqnallar yaradır:

"Xüsusilə qonşu dövlətlər arasında informasiya körpülərinin qorunması indiki həssas geosiyasi şəraitdə daha vacibdir. Ümuniyyətlə, bu kimi media qurumlarını siyasi qarşıdurmanın alətinə çevirmək İrana fayda gətirməyəcək. Bu qərar həm Azərbaycan cəmiyyətində, həm də media ictimaiyyətində haqlı narazılıq doğurur”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
22:53 11.09.2026
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
Qida məhsullarının vahid izlənmə sistemi yaradılır - VİDEO
22:48 11.09.2026
Qida məhsullarının vahid izlənmə sistemi yaradılır - VİDEO