Medianın İnkişafı Agentliyi və RİİB-in birgə təşkilatçılığı ilə həyata keçirilən “Media ayı” başa çatıb

Medianın İnkişafı Agentliyi və RİİB-in birgə təşkilatçılığı ilə həyata keçirilən “Media ayı” başa çatıb
MEDIA
12:21 04.07.2024
175
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və "Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə könüllülük proqramı çərçivəsində həyata keçirilən "Media ayı” başa çatıb.

"Media ayı”nın yekununda Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidlə könüllülərin "Zoom” platforması üzərindən onlayn görüşü təşkil edilib.

Görüşdə Rəşad Məcid media savadlılığı, müasir dövrdə sosial medianın həyatımızda rolu, müsbət və mənfi tərəfləri, jurnalistika peşəsinə müasir yanaşma, ənənəvi və rəqəmsal medianın müqayisəli təhlili, həmçinin medianın maarifləndirici funksiyası və digər aktual mövzularla bağlı könüllüləri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, "Media ayı” çərçivəsində ümumilikdə 11 şəhər və rayonda təlimlər təşkil edilib. Sonuncu təlimlər Bakı şəhərində aparıcı, araşdırmaçı jurnalist Elmin Bayramlı tərəfindən "Xəbər hazırlanmasının əsasları”, Qazax rayonunda isə jurnalist, ssenari müəllifi, rejissor, Birinci Qarabağ və Vətən müharibəsi iştirakçısı İlham Tumas tərəfindən "İnformasiya təhlükəsizliyi, milli təhlükəsizlik problemləri: dünən, bu gün, sabah" mövzusunda keçilib. 

Sual-cavab formatında davam edən təlimlərdə müvafiq mövzular üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Layihənin keçirilməsində əsas məqsəd gənclərə yeni media mühitindəki tendensiyaları, media savadlılığı ilə bağlı zəruri hesab edilən bilik və bacarıqları aşılamaq, cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsində gənclərin rolunu artırmaq, eyni zamanda onların tənqidi düşünmə və təhlil bacarıqlarını inkişaf etdirmək olub.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
14:40 25.06.2026
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
14:38 25.06.2026
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
14:36 25.06.2026
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
14:20 25.06.2026
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu